...

Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklən imtina edə bilməz – nümayəndə heyətinin rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Dekabr 2007 17:09 (UTC +04:00)
Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklən  imtina edə bilməz – nümayəndə heyətinin   rəhbəri

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Dağlığ Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına dair Avropa Şurası qarşısında götürdüyü öhdəliklən imtina edə bilməz. "Ölkədə fəaliyyət göstərən QHT və siyasi partiyaların hər hansı bir məsələ ilə bağlı mövqeyi ola və bunu açıq şəkildə bəyan edə bilərlər. Lakin bu əsas vermir ki, ölkə beynəlxalq təşkilat qarşısında öz üzərinə götürdüyü öhdəlikdən imtina etsin",- deyə çümə günü Trend ə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov bildirib.

Azərbaycanın 20-yə yaxın siyasi partiyası Dağlığ Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına dair Avropa Şurası qarşısında götürülmüş öhdəlikdən imtina olunmasına dair müraciət imzalayıb.

Seyidov vurğulayıb ki, Dağlığ Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması potensialı tükənməyib: "Eyni zamanda, Dağlığ Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına dair öhdəliyi Azərbaycan və Ermənistan Avropa Şurasına daxil olarkən öz üzərlərinə götürüblər. Bu təkçə Azərbaycanın öhdəliyi deyil. Ona görə də, Avropa Şurası qarşısında götürülən öhdəlikdən imtina olunması düzgün olmaz".

Azərbaycanın AŞPA -dakı nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib ki, öhdəlikdən imtina edilməsi Azərbaycanı beynəlxalq aləmlə üz-üzə qoya bilər: "Bununla Azərbaycan özünü AŞPA-dan təcrid etmiş və bu qurumlarla üz-üzə dayanmış olar. Eyni zamanda, Ermənistanın Azərbaycan əleyhinə bəyənatlar verməsinə səbəb ola bilər. Ona görə də, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliyə sadiq qalmalıdır".

Xəbər lenti

Xəbər lenti