...

Amerikalı analitik hesab edir ki, "Bakı tərəfindən həmsədrlərin tənqidi atılmış taktiki addımdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Aprel 2008 13:38 (UTC +04:00)
Amerikalı analitik hesab edir ki, "Bakı tərəfindən həmsədrlərin tənqidi atılmış taktiki addımdır"

Azərbaycan, Bakı, 01 aprel / " / "Bakı tərəfindən Minsk qrupu həmsədrlərinin, xüsusilə ABŞ-ın kəskin tənqidi Azərbaycanın mövqeyinə dəstəyi möhkəmləndirmək üçün atılmış taktiki addımdır" - deyə Hadson İnstitutunun Avroasiya Siyasəti Mərkəzinin direktoru Zeyno Baran hesab edir.

BMT Baş Assambleyası tərəfindən Dağlıq Qarabağla bağlı qəbul olunan Qətnamə "Kosovonun müstəqilliyini elan etməsi və onun Qərb tərəfindən əldə etdiyi geniş dəstəyə cavab oldu" - deyə Ermənistanın "Mediamaks" Agentliyinə müsahibəsində Zeyno Baran bildirib.

"Bakını Kosovonun presedent kimi istifadə oluna biləcəyi narahat edir və Gürcüstan da bu narahatlığı onunla bölüşür. Belə olan halda, bu Qətnaməni hadisələrin belə inkişafını "qabaqlamaq" cəhdi kimi qiymətləndirmək olar. Bundan əlavə, mən Rusiyanın Kosovonun presedent məsələsini Abxaziya və Cənubi Osetiya kontekstində istifadə etmə faktını nəzərə alaraq düşünürəm ki, Bakı (və Tbilisi)

Kosovo məsələsinin nadir hadisə kimi nəzədən keçirilməsinin təsdiqini almaq, həmçinin rusların buna necə səs verəcəyinə baxmaq istəyirdi" - deyə amerikalı ekspert bildirib.

Onun sözlərinə görə, Azərbaycanda Qərbin bu ölkəyə ədalətsiz yanaşmasına dair həyəcan artmaqdadır, çünki o, müsəlman dövlətidir. "Azərbaycanlılar ABŞ-ın Gürcüstanın ərazi bütövlüyünü qəti surətdə dəstəklədiyni görür, lakin özlərinə qarşı eyni münasibəti görmürlər. Əlbəttə ki, ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri olması faktını nəzərə alaraq, Amerika hökuməti Qarabağa dair hər-hansı bir başqa mövqeyi dəstəkləyə bilməz. Təəssüf ki, sıravi azərbaycanlı üçün bu fərqi başa düşmək və ya qəbul etmək çətindir. Əksər azərbaycanlılar enerji təhlükəsizliyi məsələlərində, terrorizmlə mübarizə və digər sahələrdə ABŞ-ın mühüm müttəfiqi olduğunu, lakin cavabında bir çox şeyləri almadıqlarını hiss edirlər. Eyni zamanda düşünürəm ki, Azərbaycan rəhbərliyi və ictimaiyyətinin böyük hissəsi ABŞ-la müttəfiqliyin vacibliyini qəbul edir və bu Qətnamənin Bakının Vaşinqtonla münasibətlərinə zərər gətirəcəyinə yol verməyəcək" - deyə Baran bildirib.

Azərbaycan bu yaxınlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin geri çağırılması və təyin edilməsi prosedurunu öyrənmək məqsədi ilə ATƏT-in Vyanadakı Katibliyinə müraciət edib. Yerli KİV-in qeyd etdiyinə görə, buna səbəb Rusiya, Fransa və ABŞ-ın timsalında ATƏT-in həmsədr ölkələrinin martın 14-də BMT Baş Assambleyasının sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" Qətnaməyə qarşı səsverməsindən Azərbaycan hakimiyyətinin razı qalmaması olub.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti