...

Ermənistanın yeni seçilmiş prezidenti Buxarestdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Aprel 2008 18:52 (UTC +04:00)

Ermənistanın seçilmiş prezidenti, fəaliyyətdə olan baş nazir Serj Sarkisyanın Dağlııq Qarabağ probleminin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə növbəti görüşünün aprelin 3-də NATO-nun Buxarest sammiti çərçivəsində keçirilməsi planlaşdırılır. Bu barədə çərşənbə axşamı "Novosti-Armeniya" Agentliyinə hökumətin mətbuat xidmətindən məlumat verilib. Sarkisyan Buxarestə həmin gün yola düşəcək. Ermənistan baş nazirinin rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Vardan Oskanyan, Ermənistanın NATO-dakı daimi missiyasının rəhbəri Samvel Mkrtçyan, Ermənistanın Rumıniyadakı səfiri Eqişe Sarkisyan, hökumət aparatının müvafiq idarələrinin rəhbərləri daxil olacaq.

Səfər çərçivəsində Sarkisyan Avroatlantik Tərəfdaşlıq Şurasına üzv ölkə rəhbərlərinin işgüzar naharında iştirak edəcək və burada "Avroatlantik tərəfdaşlıq: 21-ci əsrin çağırışlarına qarşı çıxma" mövzusu üzrə müzakirələr keçiriləcək.

Ermənistan nümayəndə heyəti həmin gün Yerevana qayıdacaq.

Xəbər lenti

Xəbər lenti