...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2008 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel/ Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 2-də saat 13.25-dən 17.15-dək ara-sıra Ermənistan Respublikası Berd rayonu ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları ərazisindəki mövqelərini, saat 09.45-dən aprelin 3-ü saat 02.40-dək fasilələrlə Füzuli rayonunun Aşağı Veysəlli, Əbdülrəhmanlı, Qərvənd və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.30-dan aprelin 3-ü saat 04.30-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.35-dən 23.15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, aprelin 3-də saat 01.30-dan 04.40-dək ara-sıra Tərtər rayonunun Çiləbürt və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti