...

Amerikalı diplomat hesab edir ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin formatını dəyişməyə ehtiyac yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2008 19:20 (UTC +04:00)
Amerikalı diplomat hesab edir ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin formatını dəyişməyə ehtiyac yoxdur

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza əmindir ki, danışıqlar prosesi davam etdiriləcək. O bu barədə cümə axşamı Buxarestdə, Ermənistanın yeni seçilmiş prezidenti, Baş nazir Serj Sərkisyanla görüşdən sonra bəyanat verib. Ermənistan hökumətinin mətbuat xidmətindən Mediamaks -a bildiriblər ki, münaqişənin nizamlanması formatının mümkün dəyişdirilməsi haqqında danışan Brayza söyləyib ki, yalnız bir format var - ATƏT-in Minsk Qrupu və bu gün onun dəyişdirilməsinə ciddi ehtiyac yoxdur.

Amerikalı diplomatın sözlərinə görə, "aydın görünür ki, danışıqlar prosesi davam edəcək və ən əsası odur ki, Ermənistan prezidentinin inaqurasiyasından sonra hər iki prezidentin görüşmək və danışmaq imkanı olsun".

"Biz Ermənistanın yeni seçilmiş çox hörmətli prezidentini çoxdan tanıyırıq, onun necə insan olduğunu bilirik və əminik ki, Qarabağ nizamlanması üzrə onunla danışıqları davam etdirə biləcəyik",- Brayza hesab edir.

Xəbər lenti

Xəbər lenti