...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2008 10:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 3-də saat 10.35-dən aprelin 4-ü saat 01.35-dək ara-sıra Ermənistan Respublikası Berd rayonu ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Muncuqlu və Əlibəyli kəndləri sahəsindəki mövqelərini, saat 13.30-dan 14.00-dək və saat 23.30-dan 23.50-dək fasilələrlə Füzuli rayonunun Aşağı Veysəlli və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, aprelin 4-də saat 00.45-dən 01.05-dək və saat 06.15-dən 06.25-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 4-də saat 04.05-dən 04.25-dək Tərtər rayonunun Çiləbürt, Seysulan və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti