...

Ermənistanın yeni seçilmiş prezidenti Azərbaycan rəhbəri ilə görüşməyin əlyehinə olmadığını bəyan edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2008 11:00 (UTC +04:00)

Ermənistanın yeni seçilmiş prezidenti, fəaliyyətdə olan baş nazir Serj Sarkisyan bir gün əvvəl Buxarestdə bəyan edib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüşməkdən imtina etməyəcək. Bu barədə Ermənistan İctimai Televiziyasına istinadən "Novosti-Armeniya" xəbər verir.

"Əgər Azərbaycan prezidentinin də istəyi olarsa, mən hər hansı bir beynəlxalq forum çərçivəsində görüşə qarşı çıxmayacağam" - deyə Sarkisyan jurnalistlərə bildirib.

Sarkisyan cümə axşamı aprelin 2-4-ü tarixlərində NATO sammitində iştirak etmək üçün Rumıniya paytaxtına səfər edib.

Xəbər lenti

Xəbər lenti