...

ANAMA Tərtərdə partladılmamış mərmiləri zərərsizləşdirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Aprel 2008 18:10 (UTC +04:00)

Azərbaycan, Bərdə, 10 aprel / Trend , müxbir Ş.Cəliloğlu/ Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) bu gün Tərtər rayonunun Şıxarx kəndində partladılmamış 4 mərmi və 5 əl qumbarasını zərərsizləşdirib. Trend -un bölgə müxbirinin məlumatına görə, Şıxarx kəndində yaşayış evində iki 100 mm-lik, bir 57 mm-lik top mərmisi və bir qrad mərmisi, F-1 əl qumbaraları zərərsizləşdirilib.

Partladılmamış silah-sursat Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən basdırılıb. Ermənistan Silahlı Qüvvələri Şıxarx kəndini işğal etsə də, Azərbaycan Milli Ordusu yenidən kəndi qaytara bilib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti