...

ABŞ Dövlət Katibi hesab edir ki, Ermənistan və Azərbaycan bir az siyasi iradə göstərsələr, münaqişə kifayət qədər tez həll oluna bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Aprel 2008 11:09 (UTC +04:00)
ABŞ Dövlət Katibi hesab edir ki, Ermənistan və Azərbaycan bir az siyasi iradə göstərsələr, münaqişə kifayət qədər tez həll oluna bilər

ABŞ Dövlət Katibi Kondaliza Rays hesab edir ki, Ermənistan və Azərbaycan bir az siyasi iradə nümayiş etdirsələr, Dağlıq Qarabağ münaqişəsi "kifayət qədər tez" həll oluna bilər.

"Mediamaks" Agentliyinin verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Katibi aprelin 15-i Vaşinqtonda keçirilən Amerika-Türkiyə Şurasının iclasındakı çıxışından sonra suala cavab verərkən bildirib.

"Rusiya, Avropa İttifaqı və ABŞ-ın əməkdaşlıq etdiyi Minsk prosesi çərçivəsində biz bir neçə dəfə münaqişənin həllinə yaxın olmuşuq. Bir neçə çətin qərar qəbul etmək, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ üzrə razılaşma əldə etmək lazımdır", - deyə Rays bildirib.

"Bu məsələ həll edilməlidir. Mən Ermənistan və Azərbaycan hökumətlərinə bu münaqişənin həll edilməməsi səbəbindən digər regionlardan geridə qaldıqlarını demişəm. Siyasi iradə olarsa bu məsələ həll edilə bilər və edilməlidir", - ABŞ Dövlət Katibi bildirib.

Xəbər lenti

Xəbər lenti