...

Ankara dünya ictimaiyyətini Qarabağla bağlı təcili tədbirlər görməyə çağırıb - Türkiyənin XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Aprel 2008 18:25 (UTC +04:00)
Ankara dünya ictimaiyyətini Qarabağla bağlı təcili tədbirlər görməyə çağırıb - Türkiyənin XİN rəhbəri

Ankara beynəlxalq ictimaiyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təcili tədbirlər görməyə çağırıb. "Biz hesab edirik ki, beynəlxalq cəmiyyət münaqişənin həlli üçün təcili tədbirlər görməlidir" - deyə bazar ertəsi Ankarada Türkiyənin xarici işlər naziri Əli Babacan bildirib.

"RİA Novosti"nin verdiyi məlumata görə, nazir "regionda sülhün və stabilliyin təmin olunmasında kəskin maneə" adlandırdığı Dağlıq Qarabağ münaqişəsinin təcilli həlli istiqamətində fikirlərini bildirib.

Babacan həmçinin qeyd edib ki, Türkiyə qonşu Ermənistan ilə münasibətlərin normallaşdırılmasına köklənib. "Biz Ermənistanla münsibətlərdə yeni proseslərin başlanması lehinə çıxış edirik və bu ölkənin yeni hökumətinə dialoqa hazır olduğumuz barədə müraciətnamə göndərmişik" - deyə türkiyəli nazir öz avstriyalı həmkarı Ursula Plassnik ilə keçirdiyi mətbuat konfransında bildirib.

Türkiyə və Ermənistan arasında diplomatik əlaqələr həyata keçirilmir, iki ölkə arasında sərhədlər son 15 il ərzində bağlı olub.

Türkiyə tərəfi Ermənistan ilə münasibətlərin qurulması üçün ilkin şərtlər kimi çoxillik Qarabağ münaqişəsinin həllini və Birinci Dünya müharibəsi zamanı Osmanlı İmperiyasında "erməni soyqırımı" törədilməsi iddialarının beynəlxalq miqyasda tanınması siyasətindən imtina edilməsini qeyd edib.

Xəbər lenti

Xəbər lenti