...

Ermənistanın XİN başçısı Yerevanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin son təklifləri əsasında danışıqları davam etdirməyə hazır olduğunu təsdiq edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Aprel 2008 18:38 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan bu gün rəsmi Yerevanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin son təklifləri əsasında danışıqları davam etdirməyə hazır olduğunu təsdiq edib. "Mediamaks" agentliyinin verdiyi məlumata görə, bu gün Ermənistanın Milli Yığıncağında jurnalistlərlə söhbət edən nazir qeyd edib ki, sülh prosesinin səmərəli davam etdirilməsi üçün "Azərbaycan tərəfinin də buna hazır olması lazımdır".

Nalbəndyan bu həftə Ermənistan parlamentinin Dağlıq Qarabağ probleminin nizamlanması üzrə qəbul etdiyi bəyanatı düzgün hesab etdiyini bildirib, belə ki, "Azərbaycan tərəfinin son bəyanat və fəaliyyətləri müvafiq rezonans doğurmaya bilməzdi" - o əlavə edib.

Ermənistanın XİN başçısı bildirib ki, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında qəbul olunmuş Dağlıq Qarabağ münaqişəsi üzrə Qətnamə "sülh prosesində böyük maneə olub".

Xəbər lenti

Xəbər lenti