...

Azərbaycan Minsk Qrupundan qəti şəkildə konkret nəticələr tələb etməlidir – birinci vitse-spiker (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Dekabr 2008 12:32 (UTC +04:00)
Azərbaycan Minsk Qrupundan qəti şəkildə konkret nəticələr tələb etməlidir – birinci vitse-spiker (video)

Azərbaycan, Bakı, 12 dekabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycan ATƏT-in Minsk Qrupundan qəti şəkildə konkret nəticələr tələb etməlidir.

"Biz ATƏT-in Minsk Qrupunun işini davam etdirməliyik və onlardan Dağlıq Qarabağ münaqişəsinin həllində konkret nəticələr tələb etməliyik", - deyə cümə günü jurnalistlərə Azərbaycan parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır

Əsgərovun sözlərinə görə, uzun illərdir ki, Minsk Qrupunun fəaliyyətində səmərəlilik müşahidə olunmur. "Minsk Qrupu bəyan edir ki, münaqişə tərəfləri özləri ümumi dil tapmalıdırlar, onlar isə yalnız öz təkliflərini verə bilərlər. Əgər biz Ermənistan ilə ümumi dil tapa biləriksə, o zaman ATƏT-in Minsk Qrupu nə üçün lazımdır. Minsk Qrupu Ermənistanın BMT-nin qətnamələrini yerinə yetirməməsinə və Azərbaycanın işğal olunmuş ərazilərinin azad etməməsinə reaksiya verməlidir", - deyə vitse-spiker bildirib.

Xəbər lenti

Xəbər lenti