...

Ermənistanın siyasi ambisiyaları bütövlükdə xalq üçün iqtisadi fəlakət təhlükəsi yaradır – Trend-in icmalçısı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2009 16:01 (UTC +04:00)
Ermənistanın siyasi ambisiyaları bütövlükdə xalq üçün iqtisadi fəlakət təhlükəsi yaradır – Trend-in icmalçısı

Elmira Tarıverdiyeva, Trend-in Avropa redaksiyasının icmalçısı

Ermənistan Mərkəzi Bankı panikaya yaxın olan, ajiotaj yaradan ABŞ dollarının "üzən" məzənnəsini elan etdiyi zaman, "qara çərşənbə axşamı" keçirən Yerevan iqtisadi vəziyyətin daha da pisləşəcəyinə hazır olmalıdır. Dağılmaqda olan Ermənistan iqtisadiyyatının yeganə qurtuluş yolu isə ölkəni iflic vəziyyətə salan Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır.  

Dünən bütün mətləblərə aydınlıq gətirildi. Çərşənbə axşamı, səhər dollar 305-306 dram olub 309 drama satılırdısa, günorta saatlarında artıq rəqəmlər 350-390 drama qədər qalxıb. Ermənistan valyutasının məzənnəsinin kəskin düşməsi dərman preparatlarının qiymətinin qalxması ilə nəticələndi. Dünən və bu gün Yerevanın bir sıra aptekləri fəaliyyətini dayandırıb. İşçilər apteklər açıldıqdan sonra dərman qiymətlərinin 20-30% bahalaşacağını gizlətmirlər.

Bundan əlavə, dünən yanacaq, şəkər tozu, yağ və digər gündəlik lazım olan ərzaqların qiymətləri də qalxıb. Bəzi mağazalar bir müddətlik fəaliyyətlərini dayandırmalı oldular. Bu, öz siyasi ambisiyaları üzündən iki sərhəd ölkələrdən - Türkiyə və Azərbaycandan təcrid olan Ermənistanda dünya maliyyə böhranının ilk simptomlarıdır.

Beynəlxalq Valyuta Fondu (BVF) Ermənistan iqtisadiyyatında gələcəkdə hələ 1,5% enmənin müşahidə olunacağını proqnozlaşdırır. Bu haqda martın 3-də BVF-nin Ermənistanda daimi nümayəndəsi Ninke Omes bildirib. "Armİnfo" informasiya agentliyinn verdiyi xəbərə görə, fondun bu tip proqnozu Ermənistanın əsasən ixrac etdiyi metal məhsulların dünya bazarında qiymətlərinin düşməsi və ölkədə transfertlərin həcminin azalması ilə əlaqədardır.  

"Transfertlərin həcminin azalması Rusiyadakı qəliz iqtisadi vəziyyətlə bağlıdır. Çünki transfertlərin əsas hissəsi Ermənistana Rusiyadan daxil olur", - xanım Omes deyib.

Omes Ermənistana birbaşa yatırılan xarici sərmayənin də kəskin azaldığını və onların da əsasən hal-hazırda maliyyə böhranı ilə üz-üzə qalan Rusiyadan daxil olduğunu xatırladıb.  

Bundan əlavə, məlum avqust hadisələrindən sonra Gürcüstan, öz sərhədlərindən Rusiyadan Ermənistana yük daşımalarında əngəllər yaradır. 

Bakı və Yerevanın Azərbaycanın şərtləri ilə sülhə gəlmələri məsələsinə nəzər saldıqda məlum olur ki, Ermənistan üçün bu stimullaşdırıcı və əlavə dividentlər gətirən həll yolu ola bilər. 

Belə olduqda, Ermənistan son 15 il ərzində ilk dəfə Türkiyə və Azərbaycanla hərtərəfli əlaqələr yaratmış olardı. İndi Ermənistanın dörd sərhəd ölkələrin yalnız ikisi ilə əlaqəsi var.

Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Türkiyə Ermənistan əlaqələrinin yaxşılaşması Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli zamanı mümkündür. 

Yerevanın Ankara və Bakı ilə iqtisadi əlaqələrinin olmaması Ermənistanı İrandan asılı vəziyyətə salır. İran da öz növbəsində rəqabətsiz mühitdə Yerevana enerji və yanacaqda istədiyi qiyməti diqtə edir.

Sərhədlərin açılması qonşu ölkələr arasında mal dövriyyəsini bərpa edərək yenidən Ermənistanda "qara çərşənbə axşamının" yaranmaması təhlükəsini aradan qaldırmış olardı. 

Yerevanın daha bir "ağrıyan yeri" onun bölgədəki bütün nəqliyyat və enerji layihələrindən təcrid olmasıdır.  

Ermənistan Dağlıq Qarabağ münaqişəsində Bakıya güzəştə gedərsə, Azərbaycan Ermənistan dəmiryolu reyüsləri də fəaliyyətə başlaya bilər. Bu isə zəifləmiş Ermənistan iqtisadiyyatına tranzitdən gələn pul deməkdir.

Bundan əlavə, Türkiyə ilə dəmiryolu əlaqəsi qurulduqda Ermənistanın Avropa ilə idxal-ixrac əlaqələri asanlaşar.

Yuxarda deyilənləri nəzərə alsaq, Ermənistanın öz xalqının dağılan iqtisadiyyatı altında çabalamasına yol verməməsi üçün əsl vaxtdır. Bunun üçün Ermənistan siyasi ambisiyaları və qeyri-qanuni olaraq zəbt etdiyi Azərbaycan torpaqlarından geri çəkilməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti