...

NATO-nun yekun Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2009 20:02 (UTC +04:00)
NATO-nun yekun Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir

Fransa/ Strasburq, 4 aprel / Trend müxbir. A. Məhərrəmli/

NATO-nun yekun Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Bu haqda məlumat Alyansın şənbə günü Strasburqda sona çatan zirvə toplantısının sonunda qəbul edilən yekun Bəyannamədə yer alıb.

"NATO Cənubi Qafqaz və Moldiva ərazilərində münaqişələrin mövcudluğundan dərin narahatlıq keçirdiyini bəyan edir. Tərəflər konstruktiv olaraq münaqişələrin sülh yolu ilə həllinə şalışmalıdır. Biz tərəfləri regionun sabitliyini və təhlükəsizliyinə zərər verəcək tədbirlərə əl atmamağa dəvət edir və danışıqların hazırki çərçivələrinə hörmət etməyə çağırırıq"-deyə Bəyannamədə deyilir.

Bəyannamədə habelə bildirilir ki, NATO bundan sonra da Azərbaycan və digər Cənubi Qafqaz ölkələrinin və Moldova Respublikasının müstəqiliyyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyəcək və bu regional münaqişələrin sülh yolu ilə həllinə nail olmaq üçün göstərilən səyləri dəstəkləməkdə davam edəcək.

Alyans ölkələri habelə ATƏT-in bu regionlarda səy və proseslərinindən məmnun qaldıqlarını ifadə edib və bu səylərin faydalı şəkildə Qafqazda stabillik və Əməkdaşlıq platforması ilə tamamlana bilmə mümkünlüyündən məmnunluq hissi keçirdiklərini ifadə edib.

Xəbər lenti

Xəbər lenti