...

Azərbaycanın qadın qeyri-hökumət təşkilatları türkiyəli həmkarlarına müraciət edibər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Aprel 2009 12:18 (UTC +04:00)

Azərbaycan, Bаkı, 10 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın qadın qeyri-hökumət təşkilatları Türkiyə-Ermənistan sərhədlərinin aşılması ehtimalının qarşısının alınması üçün türkiyəli qadınlara müraciət ediblər.

"Bir sıra beynəlxalq qüvvələrin istəyi ilə Ermənistanın təcridolunma siyasətindən xilas olunmasına Türkiyə imkan verməməlidir", - cümə günü Atatürk Mərkəzində keçirilən tədbirdə bildirilib.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

"Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər ümummilli liderimiz Heydər Əliyevin "bir millət, iki dövlət" prinsipinə əsaslanıb. Bu prinsipin pozulmasına imkan verilməməlidir", - müraciətdə vurğulanır.

Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini, bil milyon insanın qaçqın düşdüyünü xatırladan qadınlar türkiyəli həmkarlarından sərhədlərin açılmasına imkan verməmələrini xahiş edirlər.

Müraciət bu gün Türkiyənin Azərbaycandakı səfirliyinə də təqdim olunacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti