...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Aprel 2009 10:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 13-də saat 01.00-dan 01.20-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05.30-dan 06.10-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05.55-dən 06.35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti