...

"Türkiyə-Ermənistan sınır kapıları açılmasın" imza kampaniyasına qoşulanların sayı 18 mini keçib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Aprel 2009 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı 13 aprel / Trend , müxbir C.Babayeva /  

"Türkiyə-Ermənistan sınır kapıları açılmasın" imza kampaniyasına qoşulanların sayı 18 304-ə çatıb. 

İmza kampaniyasının təşkilatçısı, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Asif Qurbanovun öncə Trend -a verdiyi məlumata əsasən, imzaların sayı 20 mini keçəndən sonra kampaniya dayandırılacaq və müraciət aprelin 14-də Türkiyə prezidenti, baş nazir, xarici işlər naziri və digər rəsmi şəxslərə təqdim olunacaq.

Trend -un arayışı: "Türkiyə-Ermənistan sınır kapıları açılmasın" imza kampaniyasına aprelin 7-də www.turkiye-ermenistan-kapilar-acilmasin.org saytında start verilib.

Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti