...

İran və Ermənistan prezidentləri Ermənistan-Türkiyə dialoqunun inkişafı məsələlərini müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Aprel 2009 15:35 (UTC +04:00)

Ermənistan Prezidenti Serj Sarkisyan İran Prezidenti Mahmud Əhmədinejadın xahişi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Ermənistan-Türkiyə siyasi dialoqunun inkişafı barədə danışıb. Bu barədə Mediamaks agentliyi xəbər verib.

İranda səfərdə olan Ermənistan Prezidenti Tehranın Dağlıq Qarabağ probleminə balanslaşdırılmış yanaşmasına görə həmkarına minnətdarlığını bildirib.
Əhmədinejad öz növbəsində bildirib ki, Ermənistanla münasibətlərin dərinləşdirilməsi İranın xarici siyasət prioritetlərindən biridir.

"Birgə irimiqyaslı infrastruktur layihələrin müzakirəsi Ermənistan-İran dostluq münasibətlərinin bundan sonra da dərinləşəcəyinə və inkişaf edəcəyinə ən yaxşı sübutdur", - deyə Ermənistan Prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti