...

ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan liderlərinin görüşünü hazırlayacaqlar - Metyu Brayza

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Aprel 2009 15:26 (UTC +04:00)
ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan liderlərinin görüşünü hazırlayacaqlar - Metyu Brayza

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir E.Tariverdiyeva /

"ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan liderlərinin mayın əvvəlində Praqa görüşünü hazırlayacaqlar", - cümə günü Trend -a Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza deyib.

"Bu, məhsuldar görüş oldu, biz Prezidentin Türkiyə və Ermənistan münasibətlərinin normallaşması ilə bağlı mövqeyini dinlədik", - o deyib.

Mayın əvvəlində Praqada Aİ ölkələri başçıları və tərəfdaşlarının sammiti keçiriləcək. Sammit zamanı Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq-Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəkləri görüş baş tuta bilər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.

1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Brayzanın sözlərinə görə, Minsk Qrupunun məqsədi Dağlıq-Qarabağ münaqişəsinin həllində irəliləyişə yardımçı olmaqdır.

"Mən hesab edirəm ki, biz bu gün irəliləyişə nail olduq və mayın əvvəlində Praqada görüşün baş tutacağını gözləyirik", - o deyib.

Onun sözlərinə görə, prezidentlər görüşü razılaşdırmalıdırlar. "Hazırda biz bu istiqamətdə işləməyi planlaşdırırıq", - Brayza əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti