...

Azərbaycan Qarabağ məsələsində Dağlıq Qarabağa öz daxilində muxtariyyət verilməsindən başqa bir yol görmür – xarici işlər naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyul 2009 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir C.Babayeva /

"Azərbaycan Qarabağ məsələsində Dağlıq Qarabağa öz daxilində muxtariyyət verilməsindən başqa bir yol görmür", - Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov AzərTAc Dövlət İnformasiya agentliyinə müsahibəsində deyib.

"Azərbaycanın münaqişənin həlli üzrə mövqeyi dəyişməz olaraq qalır - Azərbaycan heç vaxt ölkənin ərazi bütövlüyü məsələsini müzakirə mövzusuna çevirməyəcək", - Məmmədyarov bildirib.

"Biz münaqişənin erməni ordularının işğal olunmuş ərazilərdən çıxarılması və məcburi köçkünlərin ora qaytarılmasından başqa həlli yolunu görmürük", - nazir qeyd edib. 

"Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır, onun ədalətli və davamlı həlli üçün səylərin mobilizə edilməsi üçün tərəfdaş dövlətlər, beynəlxalq və regional təşkilatlarla işləməyə davam etməyə hazırdır", - nazir bildirib.

Ancaq, nazirin fikrincə, sülh prosesinin uğurlu sonluğu Ermənistanın bu prosesə bağlılığı, onun konstruktivliliyi, həmçinin beynəlxalq ictimaiyyətin, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin verəcəyi töhfədən asılıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti