...

Azərbaycanın bir qrup müxalifət partiyası həmsədrləri Dağlıq Qarabağ probleminin həllində Ermənistanı dəstəkləməkdə qınayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyul 2009 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın bir qrup müxalifət partiyası ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ probleminin həllində Ermənistanın mövqeyini dəstəkləməkdə qınayıb.

"Problemin həllində vasitəçilik edən dövlətlər təcavüzkar Ermənistanı çəkindirmək üçün heç bir addım atmamış, əksinə, problemin həlli adı altında Azərbaycanı işğal faktoru ilə barışmağa, Dağlıq Qarabağa müstəqillik verilməsi istiqamətində hüquqi prosedurlara razılıq verməyə yönəlmiş aşkar təzyiqlərə başlamışlar", - Trend -un məlumatına görə, cümə günü Demokratiya Uğrunda İttifaqın (DUİ) təşəbbüsü ilə keçirilən "Qarabağ forumu"nda qəbul olunan bəyanatda bildirilir. 

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Forum iştirakçıları hesab edirlər ki, vasitəçi dövlətlər Qarabağ problemindən istifadə etməklə Azərbaycanın yerləşdiyi regionda nüfuz savaşı aparır və bu savaş Azərbaycanın haqq və hüquqlarının tapdalanması ilə müşayiət olunur. "Qarabağ forumu"nun iştirakçıları problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq prinsiplərə uyğun həllini mümkün hesab etdiklərini, Dağlıq Qarabağda antiterror əməliyyatlarının aparılmasının zəruriliyini qeyd edirlər", - bəyanatda əlavə olunur.

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassık Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti