...

ABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupu 907-ci düzəlişi ləğv etməyə çağırır - konqresmen

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2009 11:24 (UTC +04:00)
"ABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupu 907-ci düzəlişi ləğv etməyə çağırır", - Trend News-a Pensilvaniya ştatından konqresmen, ABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupunun üzvü Bill Şuster deyib.
ABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupu 907-ci düzəlişi ləğv etməyə çağırır - konqresmen

ABŞ, Vaşinqton, 21 iyul / Trend , müxbir N.Boqdanova /

"ABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupu 907-ci düzəlişi ləğv etməyə çağırır", - Trend -a Pensilvaniya ştatından konqresmen, ABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupunun üzvü Bill Şuster deyib.

"907-ci düzəliş mənim üçün vacib məsələdir və buna görə də ABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupu və mən, bu düzəlişi ləğv etməyə çağırırıq. Mən bu vacib məsələ üzərində çalışacağam", - Şuster bildirib. 

ABŞ tərəfindən 1992-ci ilin oktyabr ayında qəbul edilmiş "Azadlığın dəstəklənməsi aktı" qanununa 907-ci düzəliş hələ də qüvvədədir. Bu düzəliş "Ermənistan və Dağlıq Qarabağın Azərbaycan tərəfindən mühasirəsi" ilə əlaqədar olaraq Azərbaycana Amerika hökumətinin birbaşa yardımının göstərilməsinə qadağa qoyur.

1997-2000-ci illər ərzində Klinton administrasiyası Konqresin 907-ci düzəlişi ləğv etməsi üçün dəfələrlə cəhd edib. Düzəlişin qüvvədə olması 2002-ci ildən ABŞ Prezidenti tərəfindən dayandırılır. 907-ci düzəlişin işi həmçinin 2009-cu ildə də dayandırılıb.

Dağlıq-Qarabağ münaqişəsi üzrə danışıqlarla bağlı Şuster deyib ki, diplomatiya - münaqişənin həlli prosesində vacib alətdir.

"Münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün mümkün yollar nəzərdən keçirilməlidir", - Şuster bildirib.

Onun sözlərinə görə, bütün tərəflərin münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün birlikdə işləmək hazırlığı ümid verir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti