...

Azərbaycan və Ermənistan XİN rəhbərləri günün ikinci yarısında görüşəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Dekabr 2009 12:26 (UTC +04:00)
Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyorov və Edvard Nalbandyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüşü günün ikinci yarısında Afinada keçiriləcək. Bu barədə Trend News-un xüsusi müxbiri Yunanıstanın paytaxtından məlumat verir.
Azərbaycan və Ermənistan XİN rəhbərləri günün ikinci yarısında görüşəcəklər

Yunanıstan, Afina, 1 dekabr / Trend , müxbir E.Hüseynov/

Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyorov və Edvard Nalbandyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüşü günün ikinci yarısında Afinada keçiriləcək. Bu barədə Trend -un xüsusi müxbiri Yunanıstanın paytaxtından məlumat verir.

Görüşdə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri Yuri Merzlikov (Rusiya), Bernard Fasye (Fransa), Robert Bradkenin (ABŞ) iştirakı da gözlənilir.

İlkin proqrama müvafiq olaraq, danışıqlarda Minsk Qrupunun həmsədr ölkələri Rusiya, Fransa, ABŞ-ın XİN rəhbərləri iştirak edəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

Iki ölkənin XİN rəhbərlərinin görüşü ATƏT-in xarici işlər nazirlərinin Şurasıın(XİNŞ) dekabrın 1-2-də Yunanıstanda keçirilən iclasında iştirak çərçivəsində keçəcək.

Xəbər lenti

Xəbər lenti