...

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların aktivləşdirilməsinin zəruriliyini başa düşürlər – XİN rəhbəri Elmar Məmmədyarov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Dekabr 2009 14:22 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri növbəti il Dağlıq Qarabağ münaqışəsinə dair danışıqlar prosesinin gücləndirilməsinin zəruriliyini başa düşürlər. Bu barədə çərşənbə axşamı Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov jurnalistlərə deyib.
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların aktivləşdirilməsinin zəruriliyini başa düşürlər – XİN rəhbəri Elmar Məmmədyarov

Yunanıstan, Afina, 1 dekabr / Trend , müxbir E.Hüseynov/

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri növbəti il Dağlıq Qarabağ münaqışəsinə dair danışıqlar prosesinin gücləndirilməsinin zəruriliyini başa düşürlər. Bu barədə çərşənbə axşamı Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov jurnalistlərə deyib.

"Mən inanıram ki, imkanlar var", - ermənistanlı həmkarı ilə işgüzar görüşdən ilkin təəssüratları haqqında Trend -un Afinadakı xüsusi müxbirinin sualına cavab verərəkən nazir deyib.

Azərbaycan və Ermənistan XİN rəhbərləri ATƏT-in Minsk Qrupunun Rusiya, Fransa, ABŞ-dan olan həmsədrlərinin iştirakı ilə bazar ertəsi Afinada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar üçün görüşüblər.

Bu gün günün ikinci yarısında Afinada vasitəçilərin iştirakı ilə iki ölkənin XİN rəhbərlərinin rəsmi görüşü keçiriləcək. Sonra onlara Minsk Qrupunun həmsədr ölkələri Rusiya, Fransa, ABŞ-ın xarici siyasət idarələri rəhbərlərinin qoşulması da gözlənilir.

Görüşün yekununda bəyənat qəbul edilməsi planlaşdırılır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşü ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) bu gün və sabah Yunanıstan paytaxtında keçiriləcək iclas çərçivəsində baş tutur.

Xəbər lenti

Xəbər lenti