...

ATƏT-in Minsk qrupunun həmsədrləri ilin sonunadək Dağlıq Qarabağ münaqişəsi regionuna səfər edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Dekabr 2009 20:36 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri ilin sonunadək Dağlıq Qarabağ münaqişəsi regionuna növbəti dəfə səfər edəcəklər. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Afinada jurnalistlərə deyib.
ATƏT-in Minsk qrupunun həmsədrləri ilin sonunadək Dağlıq Qarabağ münaqişəsi regionuna səfər edəcəklər

Yunanıstan, Afina, 01 dekabr / Trend , müxbir E.Hüseynov/

ATƏT-in Minsk qrupunun həmsədrləri ilin sonunadək Dağlıq Qarabağ münaqişəsi regionuna növbəti dəfə səfər edəcəklər. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Afinada jurnalistlərə deyib.

"Biz danışıqları intensiv şəkildə davam etdirməliyik", - nazir deyib. O həmçinin qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Bakı və Yerevana səfəri zamanı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü məsələsi də müzakirə ediləcək.

"Danışıqlarda dinamika var və bu hiss edilir", - Məmmədyarov Afinada keçirilən Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqlarına şərh verərək deyib.

"Təsadüfi deyil ki, bu görüşün yekununa dair qəbuledilən bəyanatda üç ölkə prezidentinin - ATƏT-in Minsk qrupu həmsdərlərinin İtaliyada "Böyük səkkizliyin" sonuncu sammitində qəbul edilən bəyanatına istinad var. Bizim hələ gələn il çox işlərimiz var. Lakin danışıqları intensivləşdirmək arzusu hiss edilir və alqışlanır. Bu vəziyyətdə yaxınlaşma mövqeyi vasitəsilə biz sülh müqaviləsinin imzalanması yolunu açmaq üçün ən azı əsas prinsiplər üzrə qərara gəlməliyik", - Məmmədyarov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti