...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Dekabr 2009 10:39 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ 

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 1-də saat 20.30-dan 20.50-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.45-dən 22.20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, dekabrın 2-də saat 02.45-dən 03.00-dək Ağdam rayonunun Şürabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti