...

ATƏT-in XİN rəhbərlərinin toplantısı Dağlıq Qarabağ probleminin həllində irəliləyişə səbəb olacaq - türkiyəli deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Dekabr 2009 14:54 (UTC +04:00)
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Afinada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının toplantısının Dağlıq Qarabağ probleminin həllində əsaslı irəliləyişə səbəb olacağını bildirib.
ATƏT-in XİN rəhbərlərinin toplantısı Dağlıq Qarabağ probleminin həllində irəliləyişə səbəb olacaq - türkiyəli deputat

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir R.Hafizoğlu/

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Afinada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının toplantısının Dağlıq Qarabağ probleminin həllində əsaslı irəliləyişə səbəb olacağını bildirib.

"Dağlıq Qarabağ probleminin həllində irəliləyiş gözlənilir", - deputat Ayşe Türkmənoğlu çərşənbə günü Ankardan telefonla Trend -a bildirib.

Trend -un arayışı : Dünən Yunanıstanda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib. Toplantıda Azərbaycan, Ermənistan və Türkiyənin XİN rəhbərləri də iştirak edib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşüb.

Məmmədyarov Afinada keçirilən Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqlarına şərh verərək, danışıqlarda dinamika olduğunu bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır

Türkiyəli millət vəkili onu da qeyd edib ki, tərəflərin bir araya gələrək Dağlıq Qarabağ problemini müzakirə etməsi gec-tez öz bəhrəsini verəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti