...

Azərbaycanda erməni terrorizmini və saxtakarlığını ifşa edən "Saxtakarlığın tarixi sirləri" kitabının təqdimatı olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Dekabr 2009 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda erməni terrorizmini və erməni saxtakarlığını ifşa edən "Saxtakarlığın tarixi sirləri" ("Тайны истории фальсификаций") kitabının təqdimatı olub.

Trend -un məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun dəstəyi ilə çap olunan, Cümşüd Nuriyev və Şəbnəm Nuriyevanın müəllifi olduğu kitabda ermənilər tərəfindən saxtalaşdırılmış faktlar barədə məlumat verilib və onların saxtalaşdırılması əsaslandırılıb.

İnstitutun direktoru Aytən Mustafayeva bildirib ki, kitabda təkcə bizim arxivlərin materiallarından deyil, xarici ölkələrin arxivlərindəki və erməni saytlarındakı materiallardan da istifadə olunub.

Mustafayevanın sözlərinə görə, hər bir faktın saxtalaşdırılması arxiv materialları və sənədləri ilə sübuta yetirilib.

"Ermənilər bəzi sənədlərdə türklərin soyqırımına aid olan sənədləri fotoşop vasitəsilə saxtalaşdıraraq erməni soyqırımı kimi dünyaya çatdırıblar. Həmçinin bir qisim arxiv materiallarını da saxtalaşdırıblar", - deyə institutun direktoru bildirib.

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib ki, ermənilər tərəfindən saxtalaşdırılmış kifayət qədər faktlar mövcuddur və onların bir kitabda yığılması zəruri idi.

Sayılov kitabın ingilis və digər dünya dillərinə tərcümə olunmasını vacib sayıb və qeyd edib ki, gələn ilin sonunadək Komissiya kitabın ingilis dilinə tərcüməsinə çalışacaq.

"Müəllif ermənilərin tarixi saxtalaşdırdığını çox gözəl üsullarla, tarixi faktlarla dünyaya çatdırır", - deyə Sayılov qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti