...

Baltik Assambleyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bəyannamə qəbul edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2009 16:46 (UTC +04:00)
"Baltik Assambleyasının noyabrın axırlarında keçirilən növbəti sessiyasında GUAM-a üzv olan dövlətlərin parlamentlərindən də nümayəndə heyətləri dəvət olunmuşdu", - cümə günü Trend Newa-a Milli Məclisin üzvü Əli Məsimli bildirib.

Azərbaycan, Bakı, 04 dekabr / Trend , müxbir A.Hüseynbala/

Baltik Assambleyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bəyannamə qəbul edib.

"Baltik Assambleyasının noyabrın axırlarında keçirilən növbəti sessiyasında GUAM-a üzv olan dövlətlərin parlamentlərindən də nümayəndə heyətləri dəvət olunmuşdu", - cümə günü Trend Newa-a Milli Məclisin üzvü Əli Məsimli bildirib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məsimli deyib ki, GUAM-ı təmsil edən azərbaycanlı nümayəndə kimi çıxışında Xəzər dənizi, Qara dəniz və Baltik dənizi regionu ölkələrinin böhrandan sonrakı inkişaf və əməkdaşlıq modelinin optimallaşdırılması mövzusunda çıxış edib.

"Sessiya zamanı bir çox bəyanatlar, bəyannamələr qəbul olundu. Bu sənədlərdə GUAM, eləcə də Azərbaycanla bağlı məsələlər də öz əksini tapıb", - millət vəkili əlavə edib.

Onun fikrincə, bizim üçün ən önəmli məsələ Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycanın ərazi bütövlüyü məsələsinə Baltik Assambleyasının necə yanaşması idi. "Assambleyanın yeni təhlükəsizlik çağırışları barəsində Bəyannamə də qəbul olunub. Bundan başqa, GUAM və Baltik Assambleyasının birgə bəyanatında GUAM-a daxil olan ölkələrin ərazilərindəki münaqişələrin həlli zamanı ərazi bütövlüyünün təmin olunması məsələsi öz əksini tapıb. Bu, Azərbaycanın xeyrinə olacaq çox mühüm bir sənəddir", - Məsimli vurğulayıb.

Millət vəkili deyib ki, Azərbaycan Parlamentinin nümayəndə heyəti Baltik Assambleyasının bütün tədbirlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi məsələ qaldırır.

"Mən sessiyada dedim ki, Azərbaycan Avropanın bir nömrəli milli təhlükəsizlik səviyyəsinə qalxan enerji təhlükəsizliyinin həllində necə fəal iştirak edirsə, biz də arzulayırıq ki, Avropa ölkələri də bilavasitə Azərbaycanın bir nömrəli problemi olan Qarabağ məsələsinin həllinə dəstəkdə birmənalı mövqe tutsunlar. Mən onu da xatırlatdım ki, Avropa strukturları özlərinin qəbul etdiyi qərarlara hörmət etməlidirlər", - o qeyd edib.

Onun sözlərinə görə, sessiya zamanı dəfələrlə bununla bağlı məsələ qaldırılandan sonra Baltik Assambleyasının Dağlıq Qarabağ problemi ilə bağlı bəyannaməsi ortaya çıxıb. "Sənəddə qeyd edilir ki, beynəlxalq hüquq normalarına əsaslanaraq münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır", - Məsimli deyib.

Millət vəkili Azərbaycan Parlamentinin nümayəndə heyətinin tədbirlərdəki fəal iştirakında Milli Məclisin spikeri Oqtay Əsədovun çox ciddi təşəbbüs göstərdiyini də qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti