...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2009 09:38 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar.
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 05 dekabr / Trend , müxbir A.Axundov/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 4-də saat 09.00-dan 09.25-dək, 21.50-dən 22.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 10.00-dan 10.25-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən;

-  saat 22.15-dən 22.25-dək və dekabrın 5-də saat 02.10-dan 02.20-dək Xocavənd rayonunun ərazisindəki adzıs yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti