...

Azərbaycan XİN Euronews kanalında Azərbaycanın əleyhinə yayımlanmış reportaja şərh verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2009 13:52 (UTC +04:00)
"Kimsə bunu Euronews-da qəsdlə edir, çünki əgər bir süjet kanalda bir neçə gün dalbadal yayımlanırsa, bu, kanalın qeyri-peşəkarlığından deyil, siyasətindən xəbər verir", - Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bazar ertəsi jurnalistlərə deyib.
Azərbaycan XİN Euronews kanalında Azərbaycanın əleyhinə yayımlanmış reportaja şərh verib

Azərbaycan, Bakı, 7 dekabr / Trend , müxbir M. Əliyev/

Azərbaycan XİN Euronews telekanalı tərəfindən hazırlanmış Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, Azərbaycanın əleyhinə olan reportaja şərh verib.

"Kimsə bunu Euronews-da qəsdlə edir, çünki əgər bir süjet kanalda bir neçə gün dalbadal yayımlanırsa, bu, kanalın qeyri-peşəkarlığından deyil, siyasətindən xəbər verir", - Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bazar ertəsi jurnalistlərə deyib.

"Azərbaycanın Parisdəki və Brüsseldəki səfirliyi hazırda bu məsələ üzərində işləyir", - nazir müavini əlvə edib.

Noyabrın 28-də Euronews kanalında Mikael Rayxmanın "Dağlıq Qarabağ - dəyişik külək" reportajı yayımlanıb. Reportajda Qarabağ müharibəsinin hadisələri tamamilə birtərəfli şəkildə izah edilir.

Həmin proqramda Dağlıq Qarabağ "müstəqil dövlət", qondarma qurumun rəhbəri Bako Saakyan isə bu "dövlətin prezidenti" kimi təqdim olunub. Bütün beynəlxalq sənədlərdə və nüfuzlu dünya təşkilatlarında Azərbaycanın ərazisi sayılan, Ermənistanla heç bir coğrafi əlaqəsi olmayan Dağlıq Qarabağ Ermənistanın "ürəyi" adlandırılıb.

"Telekanal Dağlıq Qarabağa getmək üçün Ermənistan hakimiyyəti tərəfindən icazə alanda, əsas niyyət münaqişəyə cəlb olunmuş əhalinin necə yaşadığını göstərmək olub, - telekanlaın baş redaktoru Piter Brabas əvvəllər telefonla Trend Neüs-a deyib.- Bizim heç vaxt [Dağlıq Qarabağ] məsələnin siyasi aspektinə qarışmaq niyyətimiz olmayıb, çünki bunun Azərbaycan və Ermənistan arasında nə qədər həssaslı məqam olduğunu bilirik. Biz reportajımızda yalnız Dağlıq Qarabağın əhalisinin həyatını göstərmək istəyirdik - reportajımızda əks olunan budur", - Barabas deyib.

"Euronews televiziya kanalı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində regionu tərk etmiş Azərbaycan qaçqınları haqqında veriliş çəkmək istəyir", - Barabas deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti