...

Türkiyənin Baş naziri Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində heç bir problem görmür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Dekabr 2009 07:59 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində heç bir problem görmür. Bu barədə o, Vaşinqtondakı mətbuat konfransında Trend News müxbirinin sualına cavab verərək bildirib.
Türkiyənin Baş naziri Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində heç bir problem görmür

ABŞ, Vaşinqton, 8 dekabr / Trend , müxbir N.Boqdanova/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində heç bir problem görmür. Bu barədə o, Vaşinqtondakı mətbuat konfransında Trend müxbirinin sualına cavab verərək bildirib.

"ABŞ Prezidenti Barak Obama ilə bugünkü danışıqlarımızda mən dedim ki, ATƏT-in Minsk Qrupu münaqişəsini həll etməlidir və ondan sonra biz Ermənistanla münasibətlərimizi normallaşdırmalıyıq", - deyib Ərdoğan.

Baş nazir qeyd edib ki, BMT-nin müxtəlif qətnamələri mövcüddür və Qarabağ probleminin həllinə qədər ermənlərlə problemini həll etmək Türkiyə üçün çətin olacaq.

Ərdoğan onu da qeyd edib ki, ermənilərlə münasibətlərinin normallaşmasına dair sənəd artıq Türkiyə parlamentinə təqdim olunub.

"Hökümət bu prosesə heç bir yol ilə təsir edə bilməz. Parlament komitəsində məsələnin müzakirə prosesinıə təsir etmək bizim ixtiyarımızda deyil. Ermənistan höküməti kimi yalan söyləməmişik. Vəd etdiyimizi yerinə yetiririk. Ermənistan ilə imzaladığımız protokolunda şərtlər yox idi. Lakin, parlamentimizdə bu sənədin qəbul olunması şərtlərin icra olunmasını tələb edir. Bu məsələni həll etmək üçün təkcə siyasi iradə kifayət deyil. Türk parlamenti uçün bu mövzü çox həssasdır," - deyib Ərdoğan.

Buna baxmayaraq, Türkiyənin Baş naziri vəziyyətindən çıxış yoluna işarə etdi.

"Əgər Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirsə, bu çox vacibdir, və bu nə qədər tez baş versə, biz Ermənistanla münasibətlərimizi bir o qədər tez normallaşdıra bilərik", deyə o bildirib.

Ərdoğan qeyd edib ki, Azərbaycanın nəzər nöqtəsini Prezident Obamaya çatdırıb.

Baş nazir onu da qeyd edib ki, ABŞ prezidenti ilə İran nüvə proqramının məsələləri, İraq, Nabukko, Kipr, İsrail-Fələstin münaqişəsi və Əfqanıstan məsələsini müzakirə etmişdi.

Nabukko haqqında danışaraq, Ərdoğan deyib ki, bir çoxları səhvən hesab eləyirlər ki, bu layihə üçün qazın əsas hissəsi Azərbaycandan gələcək.

"Əslində bu belə deyil. İndi Azərbaycandan qazın 10%-ni təchiz edilməsi gözlənilir, gələcəkdə bu rəqəmini 25%-nə çatdırılması planlaşdırılır", - Türkiyənin Baş naziri deyib.

Xəbər lenti

Xəbər lenti