...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Dekabr 2009 10:46 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 8-də saat 09.50-dən 10.05-dək, 10.10-dan 10.20-dək Füzuli rayonunun Qorqan və Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 14.50-dən 15.05-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, dekabrın 9-da saat 03.00-dan 03.20-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 09 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 8-də saat 09.50-dən 10.05-dək, 10.10-dan 10.20-dək Füzuli rayonunun Qorqan və Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 14.50-dən 15.05-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, dekabrın 9-da saat 03.00-dan 03.20-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti