...

Son 3 ayda Ermənistan hərbçiləri Azərbaycanla müqayisədə iki dəfə çox itki verib - Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Dekabr 2009 12:44 (UTC +04:00)
Son 3 ayda qoşunlarının təmas xəttində atəşkəsin pozulması nəticəsində Ermənistan Azərbaycanla müqayisədə iki dəfə çox itki verib, Trend News-un məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu keçirdiyi brifinqdə bildirib.
Son 3 ayda Ermənistan hərbçiləri Azərbaycanla müqayisədə iki dəfə çox itki verib - Müdafiə Nazirliyi

Azəbaycan, Bakı, 10 avqust / Trend , müxbir K.Zərbalıyeva/

Son 3 ayda qoşunlarının təmas xəttində atəşkəsin pozulması nəticəsində Ermənistan Azərbaycanla müqayisədə iki dəfə çox itki verib, Trend -un məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu keçirdiyi brifinqdə bildirib.

"Atəşkəsin pozulması nəticəsində Ermənistan hərbçiləri Azərbaycan hərbçilərindən iki dəfə çox itki verib", - Sabiroğlu deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Onun sözlərinə görə, hesabat dövründə 211 dəfə atəşkəs pozulub. Atəşkəs əsasən Ağdam, Füzuli, Tərtər istiqamətində pozulub.

Sabiroğlu bildirib ki, ATƏT son üç ayda qoşunların təmas xəttində 7 monitorinq keçirib. Bunların hamısı insidentsiz ötüşüb. Sabiroğlu itki barədə rəqəm açıqlamayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti