...

Yaponiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyinə ümid edir - səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Dekabr 2009 13:17 (UTC +04:00)
Yaponiya ATƏT-in Minsk Qrupunun fəaliyyəti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyinə ümid edir, Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki deyib.
Yaponiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyinə ümid edir - səfir

Azərbaycan, Bakı 11 dekabr/ Trend , müxbir Y.Ostapenko/

Yaponiya ATƏT-in Minsk Qrupunun fəaliyyəti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyinə ümid edir, Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki deyib.

"Minsk Qrupu səylərini aktivləşdirib və ümid edirəm ki, bu, yaxın gələcəkdə öz bəhrəsini verəcək", - Oki cümə günü Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində keçirilən debatda deyib.

Səfirin sözlərinə görə, Yaponiya münaqişənin həlli prosesinə birbaşa cəlb edilməsə də, tərəfləri münaqişənin həll edilməsi üçün bütün səyləri səfərbər etməyə çağırır.

"Dağlıq Qarabağ problemi beynəlxalq hüquq əsasında həll edilməlidir", - səfir əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağ regionunun və işğal edilmiş ərazilərin azad edilməsinə dair qəbul etdiyi qətnamə Ermənistan tərəfindən indiyədək yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti