...

ATƏT-in Minsk qrupu 2010-cu ildə baza prinsipləri üzərindəki işlərin başa çatdırılacağına ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Dekabr 2009 18:53 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov, Bernar Fasye və Robert Bradtke Dağlıq Qarabağ münaqişəsinə dair baza prinsipləri üzərində işlərin 2010-cu ildə başa çatdırılacağına ümid edir.
ATƏT-in Minsk qrupu 2010-cu ildə baza prinsipləri üzərindəki işlərin başa çatdırılacağına ümid edir

Azərbaycan, Bakı, 11 dekabr / Trend /

ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov, Bernar FasyeRobert Bradtke Dağlıq Qarabağ münaqişəsinə dair baza prinsipləri üzərində işlərin 2010-cu ildə başa çatdırılacağına ümid edir. Bu barədə ATƏT-in məlumatında deyilir.

Vasitəçilər bu gün Azərbaycana gəliblər. Onlar noyabrın 22-də Azərbaycan və Ermənistan prezidentləri İlham ƏliyevSerj Sarkisyan arasında Münhendə başlayan danışıqları davam etdirmək üçün Prezident İlham Əliyevlə görüşüblər. Onlar növbəti addım kimi yanvarın əvvəlində Yerevana səfər etmək niyyətindədirlər.

"Bu səfərlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair baza prinsipləri üzərində işlərin 2010-cu ildə başa çatdırılması üçün iki ölkə prezidentinin gələcək görüşlərinə zəmin hazırlayır", - məlumatda deyilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti