...

Azərbaycanın Ukraynadakı səfirliyi vəziyyəti həll etmək üçün "İnter" kanalının rəhbərliyi ilə görüşməyə təşəbbüs göstərir - səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Dekabr 2009 17:05 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı səfirliyi Dağlıq Qarabağ mövzusunda qərəzli materialın efirə çıxarılması ilə əlaqədar baş vermiş vəziyyəti həll etmək üçün "İnter" kanalının rəhbərliyi ilə görüşməyə təşəbbüs göstərir. Bu barədə şənbə günü Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev Trend News-a bildirib.
Azərbaycanın Ukraynadakı səfirliyi vəziyyəti həll etmək üçün "İnter" kanalının rəhbərliyi ilə görüşməyə təşəbbüs göstərir - səfir

Ukrayna, Kiyev, 12 dekabr / Trend , müxbir D.Novosvitski/

Azərbaycanın Ukraynadakı səfirliyi Dağlıq Qarabağ mövzusunda qərəzli materialın efirə çıxarılması ilə əlaqədar baş vermiş vəziyyəti həll etmək üçün "İnter" kanalının rəhbərliyi ilə görüşməyə təşəbbüs göstərir. Bu barədə şənbə günü Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev Trend -a bildirib.

"Biz onlara digər ölkənin qanun və hüquqlarını nə dərəcədə kobudcasına pozduqlarını demək istəyirik. Azərbaycanın icazəsi olmadan çəkiliş qrupu ərazilərdə olub və sənədli film hazırlayıb. Hadisələrin o zaman baş verdiyi tarixi öyrənmədən, faktları araşdırmadan onlar ermənipərəst mövqe tutublar", - Əliyev deyib.

"Azərbaycanın Ukraynadakı səfirliyi "İnter" telekanalında Azərbaycanın əleyhinə olan filmin nümayişi ilə əlaqədar olaraq bu ölkənin Xarici İşlər Nazirliyinə nota təqdim edib", - Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev dekabrın 7-də Trend -a bildirib.

Ukraynanın "İnter" telekanalı "Euronews" kanalının ardınca Qarabağa dair Azərbaycanın əleyhinə olan film hazırlayıb və tamaşaçılara təqdim edib.

Səfir təsdiqləyib ki, hazırkı vəziyyətlə bağlı Ukrayna Xarici İşlər Nazirliyində görüş təşkil olunub və görüşdə Ukrayna XİN-in departament rəhbəri bildirib ki, Dağlıq Qarabağ probleminə dair Ukraynanın mövqeyi dəyişməz qalır - bu məsələ Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir.

"İnter" telekanalındakı süjetlə bağlı XİN qeyd edib ki, telekanal özəldir və o, dövlətin mövqeyini ifadə etmir və buna haqqı yoxdur. XİN-dən söz veriblər ki, kanalla müvafiq işlər görüləcək və öz mövqeyimizi ifadə etmək üçün "İnter" ilə görüşümüz təşkil ediləcək", - səfir deyib.

Onun sözlərinə görə, görüşdə "İnter" telekanalının çəkiliş qrupuna təklif ediləcək ki, Azərbaycanda olsunlar, qaçqın düşərgələrinə getsinlər, müvafiq sənədlərə, müharibə zamanı çəkilmiş sənədli filmlərə baxsınlar. "Biz istəyirik ki, onlar ermənilərin Xocalı şəhərinin necə yerlə yeksan etdiklərinə, azərbaycanlılara qarşı əsl soyqırım törətdiklərinə baxsınlar. Bütün bunları biz göstərəcəyik və onlara təklif edəcəyik ki, əsl həqiqəti lentə alsınlar və Ukrayna ictimaiyyətinə nümayiş etdirsinlər", - sonda Əliyev deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti