...

ABŞ-ın Azərbaycandakı səfirliyi Dağlıq Qarabağın separatçı rejiminə vəsait ayrılmasına şərh verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Dekabr 2009 17:46 (UTC +04:00)
"ABŞ "Dağlıq Qarabağ hökumətini" tanımır. Bu bizim siyasətimizdir və dəyişməz qalır", - bazar ertəsi ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson Birləşmiş Ştatların Dağlıq Qarabağa vəsait ayırması ilə bağlı sualı cavablandırarkən Trend News-a deyib.
ABŞ-ın Azərbaycandakı səfirliyi Dağlıq Qarabağın separatçı rejiminə vəsait ayrılmasına şərh verib

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir V.Javoronkova/

ABŞ-ın Azərbaycandakı səfirliyi Dağlıq Qarabağın separatçı rejiminə vəsait ayrılmasına şərh verib.

"ABŞ "Dağlıq Qarabağ hökumətini" tanımır. Bu bizim siyasətimizdir və dəyişməz qalır", - bazar ertəsi ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson Birləşmiş Ştatların Dağlıq Qarabağa vəsait ayırması ilə bağlı sualı cavablandırarkən Trend -a deyib.

ABŞ Konqresinin Senatı və Nümayəndələr Palatası 2010-cu ildə Dağlıq Qarabağa təxminən 8 milyon dollar ayrılması barədə qərar qəbul edib.

"Konqresin, Birləşmiş Ştatların hökumətə deyil, insanlara maliyyə yardımı ayırmasına gəldikdə isə, bu, humanitar yardımdır və ərazinin minalardan təmizlənməsinə dair layihə üçün nəzərdə tutulub. Bu layihələr qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir", - Devidson deyib.

"ABŞ eyni zamanda, Azərbaycanın məcburi köçkünlərinə də yardım edir. Son illərdə ABŞ minaların təmizlənməsi üzrə irimiqyaslı layihələri dəstəkləyib, məcburi köçkün ailələrindən olan uşaqlar üçün məktəblər tikib və müxtəlif layihələrlə onların yaşayış şəraitlərini yaxşılaşdırmağa çalışıb", - o deyib.

Xəbər lenti

Xəbər lenti