...

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirə bilməyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Dekabr 2009 15:19 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun, olaraq dekabrın 15-də Azərbaycan Respublikasının Fizuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində aparılan monitorinq Ermənistan silahlı qüvvələrinin ərazini ətəşə tutmağa başlaması nəticəsində dayandırılıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirə bilməyib

Azərbaycan, bakı, 15 dekabr / Trend , müxbir K.Zərbaliyeva/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun, olaraq dekabrın 15-də Azərbaycan Respublikasının Fizuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində aparılan monitorinq Ermənistan silahlı qüvvələrinin ərazini ətəşə tutmağa başlaması nəticəsində dayandırılıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəalıiyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Caslan Nurtazin aparıb.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Vladimir Çontulov, İrci Aberle, İmre Palatinus keçiriblər.

Məlumatda deyilir ki, ATƏT-in nümayəndələri hazırda hadisənin səbələrini öyrənirlər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabr ayında Dağlıq Qarabağ Şuşa və Xocalı istisna olmaqla Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 -cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti