...

Azərbaycanlı qaçqın və məcburi köçkün gənclər "Euronews"-a etiraz edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Dekabr 2009 16:27 (UTC +04:00)
Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı "Euronews" televiziya kanalından obyektiv reportaj hazırlanmasını tələb edir. Bu barədə təşkilatdan çərşənbə günü Trend News-a daxil olan bəyanatda bildirilir.
Azərbaycanlı qaçqın və məcburi köçkün gənclər "Euronews"-a etiraz edir

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı "Euronews" televiziya kanalından obyektiv reportaj hazırlanmasını tələb edir. Bu barədə təşkilatdan çərşənbə günü Trend -a daxil olan bəyanatda bildirilir.

"İsrarla təkid və tələb edirik ki, "Euronews" televiziya kanalı bu mövzuda yenidən obyektiv, həqiqətə əsaslanan reportaj hazırlasın və işğaldan əziyyət çəkən biz köçkün və qaçqınların rəyini də nəzərə alsın", - bəyanatda vurğulanır.

Noyabrın 28-də kanalda gedən "Dağlıq Qarabağda dəyişiklik küləkləri" adlı verilişdə tarixi faktlar təhrif olunub.

Bəyanatda hərbi təcavüzü və terroru özünün dövlət siyasətinə çevirən Ermənistanın Azərbaycana qarşı çirkin niyyətini müxtəlif üsullarla həyata keçirməkdə davam etdiyi bildirilir. Təşkilat işğalçılıq siyasətini beynəlxalq səviyyədə təbliğ edən ermənilərin nüfuzlu KİV-lərdən də öz maraqları naminə istifadə etmələrindən təəssüf hissi bildirir.

"Euronews" televiziya kanalının Dağlıq Qarabağla bağlı hazırladığı böhtan və qərəzli, jurnalist etikasına sığmayan reportaj erməni terror və təcavüzünün qurbanı olan minlərlə qaçqın və məcburi köçkün gəncləri hiddətləndirib. Biz indiyə qədər düzgün xəbər mənbəyi hesab etdiyimiz "Euronews" televiziya kanalının Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər edən əməkdaşlarının Azərbaycan xalqının rəyini nəzərə almadan, əsl həqiqətlərə göz yumaraq belə qeyri-obyektiv, qərəzli reportaj hazırlamasına və kanal rəhbərliyinin bu cür təxribat xarakterli materialın yayımlanmasına icazə verməsinə dərin təəssüf hissi ilə yanaşırıq", - bəyanatda qeyd olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti