...

Belarus Azərbaycan İcmaları Konqresi "Freedom House"a və ABŞ Konqresinə etiraz məktubu göndərib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Dekabr 2009 11:01 (UTC +04:00)
"Hərbi xuntanın rəhbərlik etdiyi Ermənistanın demokratik inkişaf yolunda inamla addımlayan Azərbaycanla müqayisə edilməsinə etiraz edirik", - cümə axşamı Trend News-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
Belarus Azərbaycan İcmaları Konqresi "Freedom House"a və ABŞ Konqresinə etiraz məktubu göndərib

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir A.Hüseynbala/

Belarus Azərbaycan İcmaları Konqresi "Freedom House" təşkilatına etiraz məktubu göndərib

"Hərbi xuntanın rəhbərlik etdiyi Ermənistanın demokratik inkişaf yolunda inamla addımlayan Azərbaycanla müqayisə edilməsinə etiraz edirik", - cümə axşamı Trend -a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: "Freedom House" təşkilatının bu yaxınlarda tərtib etdiyi "Azadlıq xəritəsi"ndə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Azərbaycanla Ermənistanın müştərək ərazisi kimi təqdim edilib. Bundan başqa, Azərbaycanı "qeyri-azad" ölkələr sırasına daxil etməklə yanaşı, Ermənistanı və Dağlıq Qarabağı "qismən azad" ölkələrlə birlikdə təqdim edib.

Məktubda qeyd olunur ki, işğalçı, bir milyon nəfərdən çox insanı öz yurd-yuvasından didərgin salan, dinc sakinlərin gülləbaran edildiyi, dəhşətli soyqırım aktlarına imza atmış Ermənistanla Azərbaycanın müqayisə edilməsi acı təəssüf doğurur. "Konqres benyəlxalq təşkilatların, dünya birliyinin Azərbaycan ərazisi kimi tanıdığı Dağlıq Qarabağın "Freedom House" təşkilatının hazırladığı xəritədə "mübahisəli ərazi" kimi göstərilməsinə də öz kəskin etirazını bildirib", - məktubda əlavə olunur.

Belarus Azərbaycan İcmaları Konqresi həmçinin ABŞ Konqresinin ünvanına da etiraz məktubunu göndərib. Məktubda ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə 8 milyon dollar məbləğində yardım ayırmasına etiraz öz əksini tapıb.

Sənəddə qeyd olunur ki, insan hüquqları kimi müqəddəs dəyərlərin təbliği ilə məşğul olan ABŞ-ın qanunverici orqanının bir milyondan çox insanın hüquqlarını kobudcasına tapdalamış, onları öz yurd-yuvasından didərgin salmış, minlərlə insanı qətlə yetirmiş bir rejimə maliyyə dəstəyi verməsinin məqsədi anlaşılmazdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti