...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Dekabr 2009 10:58 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 16-də saat 17.20-dən 17.35-dək Goranboy rayonu ərazisində yerləşən adsız yüksəkliklərdən, saat 20.05-dən 20.10-dək,21.10-dan 21.20-dək və 23.30-dan 23.40-dək Ağdam rayonunun Sarcalı, Yusifanlı kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 20.30-dan 21.00-dək, 23.40-dan 23.50-dək və dekabrın 17-də saat 00.30-dan 00.50-dək Fizuli rayonunun Qaraxanbəyli, Şoradiz və Aşağı seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti