...

Konqresin qərarı ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında doğru vasitəçiliyini çətinləşdirir – ekspert Kori Uelt

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Dekabr 2009 12:01 (UTC +04:00)
ABŞ Konqresinin ermənilərin işğal etdiyi Dağlıq Qarabağa yardım etməsi barədə qərarı Vaşınqtonun münaqişəyə yanaşmasını dəyişmir, Corctaun Universitetinin Avrasiya Strateji Layihəsinin direktoru Kori Uelt (Cory Welt) hesab edir.
Konqresin qərarı ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında doğru vasitəçiliyini çətinləşdirir – ekspert Kori Uelt

ABŞ, Vaşınqton, 17 dekabr / Trend , müxbir N.Boqdanova/

ABŞ Konqresinin ermənilərin işğal etdiyi Dağlıq Qarabağa yardım etməsi barədə qərarı Vaşınqtonun münaqişəyə yanaşmasını dəyişmir, Corctaun Universitetinin Avrasiya Strateji Layihəsinin direktoru Kori Uelt (Cory Welt) hesab edir.

"Lakin bu qərar ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında doğru vasitəçilik etmək istəyini azərbaycanlılara sübut etmək vəzifəsini çətinləşdirir", - Uelt Trend -a deyib.

ABŞ Konqresi Senat və Nümayəndələr Palatasının 2010-cu maliyyə ili üçün yardımlara dair qanun layihəsini təsdiqləyib və buna əsasən, Dağlıq Qarabağa yardım göstərmək üçün 8 milyon dollar ayrılacaq, "Novosti Armeniya" agentliyi məlumat verir. Bundan əlavə, Qarabağda proqram həyata keçirmək üçün istənilən məhdudiyyətlər götürülüb.

Ueltin sözlərinə görə, ABŞ-ın Prezident Administrasiyası kifayət qədər hakimiyyətə sahib deyil ki, Konqressin qərarına təsir etsin. Lakin bu qərar Ağ Evin münaqişəyə münasibətini dəyişmir.

"Birləşmiş Ştatlar əlbəttə ki, qeyri-qanuni dövlətə yardım göstərməli deyil, lakin ölkə qanunvericiliyi Dağlıq Qarabağa yalnız humanitar yardım göstərməklə kifayətlənməməyə imkan verir", - Uelt deyib.

Onun fikrincə, "əgər bu təsəlli verməyə yetərsə, Barak Obama Administrasiyasında bir çox rəsmi şəxslər də Konqresin yardım göstərmək barədə qərarının ABŞ-ın regionla bağlı siyasəti ilə üst-üstə düşməməsindən məyusdurlar".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti