...

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola bilər – türkiyəli analitik

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Dekabr 2009 13:53 (UTC +04:00)
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola bilər. Bunu çərşənbə günü Türkiyənin CNN Turk telekanalının eksperti Taha Akyol jurnalistlərlə görüşdə deyib.
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola bilər – türkiyəli analitik

Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbir R.Hafizoğlu/

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola bilər. Bunu çərşənbə günü Türkiyənin CNN Turk telekanalının eksperti Taha Akyol jurnalistlərlə görüşdə deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan Qafqaz regionunda stabilliyin bərqərar olması qeyri-mümkündür.

Dekabrın 10-da ErmənistanTürkiyənin XİN rəhbərləri Sürixdə Ermənistan və Türkiyə arasındakı münasibətlərin normallaşdırılmasına dair protokollar imzalayıblar. İki ölkə arasındakı diplomatik münasıbətlər 1993-cü ildən kəsilib.

Əlaqələrin kəsilməsinə və 1993-cü ildə Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasına səbəb Yerevanın qondarma "erməni soyqırımı"nın tanınması iddiası, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi və Ermənistan tərəfinin Türkiyənin Anadolu hissəsinə olan ərazi iddiası ilə əlaqədar antitürk kampaniyasını genişləndirməsi olub.

Akyolun fikrincə, Türkiyə-Ermənistan protokollarının imzalanması erməni diasporu daxilində fikir ayrılığına səbəb olub.

Protokollara əsasən, Dağlıq Qarabağ münaqişəsi bu sənədlərdə göstərilməsə də, Ermənistan regional ölkələrin ərazi bütövlüyünü tanımalıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti