...

Türkiyə Azərbaycana verdiyi sözə sadiq qalacaq - Milli Məclisin deputatı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Dekabr 2009 13:32 (UTC +04:00)
Türkiyə Azərbaycana verdiyi sözə sadiq qalacaq. Milli Məclisin deputatı Gültəkin Hacıbəyli belə hesab edir.
Türkiyə Azərbaycana verdiyi sözə sadiq qalacaq - Milli Məclisin deputatı

Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbir R.Hafizoğlu/

Türkiyə Azərbaycana verdiyi sözə sadiq qalacaq. Milli Məclisin deputatı Gültəkin Hacıbəyli belə hesab edir.

"Daxili problemlərinə baxmayaraq, Türkiyə hər zaman Azərbaycanın maraqlarını gözləyir, - azərbaycanlı deputat şənbə günü jurnalistlərlə görüşündə deyib. - Türkiyənin regional və dünyəvi təsiri güclənir".

Türkiyə-Ermənistan əlaqələrinin normallaşması ilə bağlı Hacıbəyli hesab edir ki, Ermənistan hələ ki Rusiyanın nəzarəti altından çıxmağa hazır deyil, lakin erməni separatçılar Dağlıq Qarabağ ərazisindən asanlıqla çıxmayacaqlar.

Dekabrın 10-da Ermənistan və Türkiyənin xarici işlər nazirləri Sürixdə Ermənistan və Türkiyə arasındakı münasibətlərin normallaşdırılmasına dair protokollar imzalayıblar. İki ölkə arasındakı diplomatik münasıbətlər 1993-cü ildən kəsilib.

Azərbaycanlı deputatın fikrincə, ölkənin münaqişənin həlli üçün hansı yolu seçməsindən asılı olmayaraq, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti