...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Dekabr 2009 09:42 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 21 dekabr / Trend /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 20-də saat 15.30-dan 15.40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 22.10-dan 22.30-dək, 23.20-dən 23.40-dək, 23.00-dan 23.35-dək dekabrın 21-də saat 00.05-dən 00.15-dək, 00.20-dən 00.30-dək Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Qorqan və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- saat 20.30-dan 21.05-dək və dekabrın 21-də saat 01.40-dan 01.50-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan MN-in mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti