...

Azərbaycan və Ermənistan deputatlarının görüşü nəzərdə tutulur - vitse-spiker Bahar Muradova

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Dekabr 2009 11:43 (UTC +04:00)
Biz adətən Ermənistandan olan millət vəkilləri ilə ATƏT-in Parlament Assambleyasında, Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda görüşürük.
Azərbaycan və Ermənistan deputatlarının görüşü nəzərdə tutulur - vitse-spiker Bahar Muradova

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın vitse-spikeri yaxın vaxtlarda AzərbaycanErmənistanın parlament deputatlarının görüşünü istisna etməyib.

"Biz adətən Ermənistandan olan millət vəkilləri ilə ATƏT-in Parlament Assambleyasında, Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda görüşürük. Yəqin ki, qarşıdakı sessiyaların birində Ermənistandan olan deputatlarla mütləq belə görüş olacaq və biz Dağlıq Qaraqbağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparmaq imkanı əldə edəcəyik", - Trend -un məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə vitse-spiker Bahar Muradova bildirib.

Azərbaycan və Ermənistan parlamentinin deputatları sonuncu dəfə oktyabrın sonunda Moskvada görüşüblər.

"Onlarla görüş bizim üçün bir məqsəd deyil və həmin görüşlərin keçirilməsini biz müəyyənləşdirmirik", - Muradova deyib.

"Belə görüşlər adətən beynəlxalq təşkilatların tədbirlərində, yaxud onların vasitəçiliyi ilə bu və ya digər formada baş tutur", - Muradova əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti