...

Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədli filmin çəkilişləri başa çatıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Dekabr 2009 16:03 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə Trend İnformasiya Agentliyi "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın işğalçılıq, terror siyasətinin ifşa edilməsi ilə bağlı sənədli filmin çəkilişi və yayımı" adlı layihəni həyata keçirib.
Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədli filmin çəkilişləri başa çatıb

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədli filmin çəkilişləri başa çatıb.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə Trend İnformasiya Agentliyi "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın işğalçılıq, terror siyasətinin ifşa edilməsi ilə bağlı sənədli filmin çəkilişi və yayımı" adlı layihəni həyata keçirib.

Layihənin koordinatoru və sənədli filmin ssenaristi Emil Hüseynli bazar ertəsi Trend -a bildirib ki, sənədli filmin çəkilişində məqsəd ermənilərin sülh və insanlıq əleyhinə törətdikləri cinayətləri dünya ictimaiyyətinə çatdırmaqdır.

"Filmdə ilk növbədə ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasətinin tarixi xronologiyası verilib. Burada arxiv materiallarından istifadə edilib. Filmin ikinci hissəsində isə erməni vandalizminin son mərhələsi olan Dağlıq Qarabağın işğalı zamanı törətdikləri vəhşiliklər lentə alınıb. Erməni vəhşiliyinin şahidi olanlar danışdırılır", - Hüseynli əlavə edib.

Hüseynli həmçinin bildirib ki, filmdə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının arxiv materiallarından istifadə edilib.

Filmin adına gəlincə, Hüseynli iki ad üzərində dayandıqlarını deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupu nun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti