...

Yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həllinə ümid edilə bilər – Rusiya Federasiya Şurasının vitse-spikeri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Dekabr 2009 10:48 (UTC +04:00)
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çalışır və düşünürəm ki, yaxın gələcəkdə daha yaxşı nəticələrə ümid etmək olar. Bu barədə çərşənbə axşamı Bakıda Rusiya Federasiya Şurasının vitse-spikeri Svetlana Orlova jurnalistlərə deyib.
Yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həllinə ümid edilə bilər – Rusiya Federasiya Şurasının vitse-spikeri

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir E.Tariverdiyeva/

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çalışır və düşünürəm ki, yaxın gələcəkdə daha yaxşı nəticələrə ümid etmək olar. Bu barədə çərşənbə axşamı Bakıda  Rusiya Federasiya Şurasının vitse-spikeri Svetlana Orlova jurnalistlərə deyib.

"Rusiya Prezidenti Dmitri Medvedyev şəxsən, ölkən başçısı kimi, münqaişənin həllinə maksimum səy göstərir", - vitse-spiker deyib.

"Rusiya münqaişənin həlli üçün mümkün olanı edir", - Orlova əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti