...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Dekabr 2009 09:41 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 27-də saat 10.05-dən 10.25-dək və 18.00-dan 18.25-dək Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ 

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 27-də saat 10.05-dən 10.25-dək və 18.00-dan 18.25-dək Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 12.30-dan 12.45-dək və 22.30-dan 22.35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 20.00-dan 20.15-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 22.30-dan 22.40-dək və 23.15-dən 23.30-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti